Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vüsalə onu tənqid edənlərə cavab verdi: - "Necə səviyyəsiz və cahilsiniz"-FOTOLAR

Aparıcı Vüsalə Əlizadənin “Zülmət mələyi” fotosessiyası tamaşaçılar tərəfindən bəyənilməyib.

Mynews.az-ın məlumatına görə, aparıcının bu fotoları tənqid olunub. Vüsalə onu tənqid edənlərə əsəbiləşərək, cavab verib: "Dünəndən saytlarda yazılan xəbərlərə və şərhlərə gülürəm. Necə səviyyəsiz və cahilsiniz. Bu düşüncə ilə hara gedirsiniz? Ona görə də olduğunuz yerdən heç yerə tərpənə bilməyəcəksiniz. Çünki içinizdəki çirkablar daşlaşıb, sizi həmişə aşağı çəkib və çəkəcək. Sadəcə gülürəm. Əvvəla, bu zibil torbası yox, mağazadan alınmış təmiz “klyonka”dır. Arzusunda olanlar üçün bir top alıb göndərə bilərik.

İkincisi, bu,Şəlalə Maqsudovanın ideyasıdır. Mənim fikrim deyil. Mən sadəcə model olaraq geyimə obraz vermişəm. Bunu sənət kimi qəbul etmək çoxuna çətin gələ bilər, o qədər də inkişaf etməmisiniz, sizi qınamıram. Daha sonra bu geyim şəhərdə gəzmək, toya getmək üçün deyil.

Dünyada dizaynerlər belə iş təqdim etməklə milyonlar qazanır. Biz özümüzünkülərin ətini yeyib, qanını içirik. Siz batırsız deyə biz inkişaf etməyək? Artmağı bacarmırsınız, heç olmasa başqasına badalaq vurmayın. Rihanna, Ledi Qaqa geyinsəydi, ağzınızın suyu axardı. Çox təəssüf ki, bu sənəti anlayacaq qədər inkişaf etməmisiniz!”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...