Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovdu - VİDEO
Azərbaycanlı ekstrasens Zirəddin Rzayev Rusiyanın “Birinci” kanalında yayımlanan verilişlərdən birinin qonağı olub.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, proqramda yalançı ekstrasenslərin insanları aldatması müzakirə olunub. Lakin çəkiliş zamanı aparıcı Aleksandr Qordon Zirəddin Rzayevi studiyadan qovub. Ekstrasens bu hadisəyə aydınlıq gətirmək üçün “YouTube”da videomüraciət paylaşıb.
“Qordon məni studiyadan qovdu. O, bu hərəkəti edərkən, məni alçatmaq istəyib. Hörmət edib- etməmək öz işidir, lakin insanlara hörmətlə yanaşmaq tərbiyənin göstəricisidir. Düşünürəm ki, aparıcı sakit, azad olmalıdır, heç kəsin tərəfini saxlamamalıdır. Siz məni məhkəmədəki kimi mühakimə edirdiniz. Lakin sübutsuz. Mənim bir neçə ali təhsilim var, klinikada çalışıram. Klinikanı özəl olduğu üçün tənqid edirdiniz, lakin onun dövlət lisenziyası var. Düşünürsünüz ki, özəl klinikalarda müalicə olunan insanlar təhsilsizdir? Fikrimcə, studiyadan qovulmağımı efirdə göstərməyəcəklər, amma nümayiş etdirməklərini istəyirəm. Qordon bu addım ilə özünü alçaldıb. O, neqativ, aqressiya və tərbiyəsizlik saçır”, - deyə Zirəddin bildirib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1002 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub