Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pərvin Rafetlə görüşdüyünü təsdiqlədi

Türkiyənin “Duymayan kalmasın” verilişində aktrisa Pərvin Abıyevanın müğənni Rafet El Romanla eşq yaşadığı deyilib.

Mynews.az-ın məlumatına görə, proqramda daha sonra Rafetin restoranlardan birində görüntüləndiyi xanımın Pərvin olmadığı söylənilib.

Abıyeva “Uçan kuş”un “Canlı masa” verilişinə zəng edərək xəbərlərə münasibət bildirib.

Aktrisa sevgili xəbərlərinin əsassız olduğunu deyib. O bildirib ki, Rafetlə restoranda görüşməsi düzdür. Buna səbəb isə El Romandan klipdə çəkilmək üçün təklif alması olub.

Maydan bu yana Rafetlə görüşdüklərini deyən Pərvin sadəcə işlə bağlı bir araya gəldiyini vurğulayıb. Hazırda isə klip çəkilişləri müəyyən vaxta qədər təxirə salınıb. Aktrisa eyni zamanda Rafetin onu seriala çəkmək istədiyini söyləyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...