Oksana yenə qazana bilmədi - "Mələyin öpüşü" kinoteatrlardan çıxarıldı
Rəqqasə Oksana Rəsulovanın sahibi olduğu “OksiMedia” şirkətində lentə alınan “Mələyin öpüşü” filmi kinoteatrlardan yığışdırılıb.
Mynews.az-a açıqlama verən sənətçi bildirib ki, baş rolda özünün və keçmiş həyat yoldaşı Elşad Xosenin çəkildiyi ekran işi bu dəfə də ona gəlir gətirməyib:
“Filmin mayasını yenə də əldə edə bilmədim. Ancaq yarısını götürdüm. Bizim ödəyəcəyimiz böyük faizlər var. Kinoteatra və başqa nələrəsə pul ödəyirik. Amma indiyənə qədər olan yerli filmlər içərisində reytinqdə birinci oldu.
“Şər qarışanda” filmində 1 qəpik də qazanmamışdım. Ona görə də buna şükür edirəm. “Şər qarışanda”ya 120 min xərcləmişdim, burada az idi”.
Oksana “Xəzər” telekanalında yayımlanan “Lal yuxu” serialının reytinqlərinin aşağı olmasına da münasibət bildirib:
“Əvvəl reytinq aşağı idi. Son yayımlanan bölümdə qalxıb. Artıq yavaş-yavaş qalxırıq. Montajda problemlər yaşamışdıq. Komanda da dəyişikliklər oldu, artıq hər şey yoluna düşüb”.
(axşam.az)
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 968 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 932 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 923 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 922 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 920 dəfə oxunub