Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün Kazımova harasını əməliyyat etdirdi? - Həkim AÇIQLADI

Yaxın günlərdə plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun xalq artisti Aygün Kazımovanın əməliyyat etdiyi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, xalq artistinin üzərində 3 növ cərrahi əməliyyat aparılıb.

Mynews.az-a Aygün Kazımovanın üzərində aparılan cərrahi əməliyyatın hansı hissələrdə aparıldığı ilə bağlı məlumat daxil olub.

İddiaya görə, Dilqəm Məhərrəmov  sənətçinin daha əvvəl estetik əməliyyatlarından qalan uğursuz hissələri aradan qaldırıb. Belə ki, bir müddət öncə Türkiyədə  əməliyyat olunan diva Aygün Kazımovanın qarın nahiyəsində qalan çapıqları estetik əmliyyatla götürüb. Digər əməliyyat isə gözün üst qapağına tətbiq olunan estetik cərrahiyədir.

Qeyd edək ki, cərrah Dilqəm Məhərrəmov müğənninin səhhətini qoruması üçün Aygün Kazımovaya bir sıra qadağaların qoyulduğunu və hələ bir müddət uzaq məsafələrə gedə bilməyəcəyini açıqlamışdı.  Buna görə də Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "Daf Bama Music Awards"da iştirak edə bilməyəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...