Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Efirdə Nadirlə Aytən və Roza arasında dava - "Xalqı alçaltmayın"VİDEO

Müğənni Nadir Qafarzadə ilə rəqqasə Aytən və müğənni Roza Zərgərli  arasında “Səhər-səhər” verilişində gərgin anlar yaşanıb.

Mynews.az-ın məlumatına görə, rəqqasə hazırda insanların efirə baxmamasından şikayətlənib:

“Verilişə çıxıram, baxan olmur. Hamı Youtube-də oturub”.

Roza isə hazırda sosial şəbəkələrin daha aktual olduğunu söyləyib:

“Sosial şəbəkədə insanlar bir gecədə məşhur olur”.

Onların bu sözləri Qafarzadəni özündən çıxarıb:

“Hamını deməyin, müəyyən kütlə belədir. Elə çıxır ki, 9 milyon azərbaycanlı internetdə var. Xalqımızın mədəni, ziyalı adamları var. Deyəcəklər, bunlar Facebook, İnstaqram həvəskarıdırlar. Mən efirə baxıram. Mənim kimi insanlar baxır. Faiz var, yoxdursa köçək gedək. Xalqı belə etməyin, bəziləri deyin. Xalqı alçaltmayın bu qədər”.

Aytən “Niyə qışqırırsan” deyə, səsini yüksəldib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...