Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış aktrisadan açıqlama - "Yalnız deyiləm sevdiyim şəxs var"

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Gülnarə Əzizova və müğənni Elariz Memmedoğlu "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub. 

Mynews.az xəbər verir ki, bir müddət öncə aktrisa Gülnarə Əzizova haqqında çıxan üzücü xəbərlərə açıqlama verdi: "Dedilər ki məni xəstəxanada görüblər. Ağır sağalmaz xəstəlikdən əziyyət çəkirəm. Lakin elə bir xəstəliyim yoxdur. Allergiyam olduğundan özəl xəstəxanaların birində müalicə olundum. Yaylkab xəbərlər şaiyədir, yaxşıyam"

Xatırladaq ki, bir müddət öncə aktrisanın ağır və sağalmaz xəstəlikdən əziyyət çəkməsi və səhhətinin olduqca pis olması ilə bağlı xəbərlər yayılmışdı. 

Maraqlı məqamlara toxunan məhşur aktrisa Gülnarə Əzizova həmdə qeyd etdi ki: "Yalnız deyiləm sevdiyim şəxs var." 

Müğənni Elariz Memmedoğlu isə bir müddət öncə onun haqqında çıxan xəbərlərə aydınlıq gətrib: "Deyirlər ki, biznesim var. Bəli, amma başa düşülən kimi ticarət biznesi deyil. Mahnı bəstələyib satıram. Mahnı bəstələyib satıb öz gəlirimi qazanıram". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...