Aşıqlar arasında efirdə dava: "Ə, sən saxla... " - VİDEO
Aşıq Ulduz Quliyeva, Samirə Əliyeva və Əli Tapdıqoğlu arasında qalmaqal yaşanıb.
Mynews.az-ın məlumatına görə, Əlinin “Aşıq sənətini beynəlxalq arenaya Samirə çıxardı” sözləri U.Quliyevanı özündən çıxarıb. “Bizimləsən” verilişinin qonağı olan aşıqlar arasında canlı yayımda mübahisə düşüb.
Ulduz qarşı tərəfin sözlərinə etirazını bildirib:
“Gənclərin əlində sazla gəzməsi bizim üçün baş ucalığıdır. 1991-ci ildə Amerikaya sazı aparan ilk aşıq mən olmuşam. Bizim sazımız dünyanı mat qoyan bir sənətdir. Hərə bunu bir formada yaşatmalıdır. Bu gənclərin meydana gəlməyində mənim rolum var. 1984-cü ildən əvvəl xanım aşıq yox idi. Onda bunlar heç yox idi. Mən meydana çıxdım, sonra başqa xanımlar gəldi bu sənətə. Məni əsəbiləşdirən odur ki, Əli dönə-dönə deyir, Samirə getdi, Samirə getdi. Getdi-getdi da...”.
Əli isə aşığın sözlərinə sərt cavab verib:
“Xanım aşıqlardan ilk və son dəfə Samirə dünya səviyyəsinə çıxıb. Çılğınam, hansısa səhv etmişəmsə, üzr istəyirəm. Samirə xanım oxuyanda sizə sual verirlər ki, necədir. Deyirsiz 40 il əvvəl oxuduq. Siz onu alqışlamalıydınız.”.
“Qadın aşıqlarımız var ki, onlar da sizdən əvvəl bu sənətə gəlib” deyə, Samirə cavab verib.
Əli danışmaq istəyəndə U.Quliyeva əsəbiləşərək ona imkan verməyib:
“Ə, sən saxla... Əli bir dəfə dedi ki, qadından aşıq olmaz. İndi də deyir ki, Samirə ilə məndən başqa aşıq yoxdur. Saqqalın ağarsın Əli... Mənim bunlar kimi yüzdən artıq tələbəm var”.
Aşıqların bu müzakirəsi mübahisəyə çevrilib. (axşam.az)
http://axsam.az/?name=xeber&news_id=82010Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub