Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ronaldonun toyunun vaxtı bəlli oldu

Madridin “Real” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Corciniya Rodriqeslə 2018-ci ilin avqust ayında evlənəcək.

Mynews.az-ın xəbərinə görə, bu barədə AS nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, cütlük Rusiyada 2018-ci ilin iyunun 14-dən iyulun 15-ə qədər keçiriləcək dünya çempionatından sonra münasibətlərini qanuniləşdirəcək. Ronaldo həmçinin ispan sevgilisinin Portuqaliya vətəndaşlığını almasını istəyir.

Qeyd edək ki, noyabrın 12-də cütlüyün qızı dünyaya göz açıb. Ona Alana Martina adı verilib. 32 yaşlı futbolçunun bundan əlavə iki surroqat anadan üç övladı var — yeddi yaşlı Kriştiano və 2017-ci ilin iyun ayında Yeva və Mateo.

Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...