Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır..." - İCTİMAİ QINAQ

Dünən çoxbilmiş bir tanışımla maraqlı tədbirə dəvət olunmuşdum...

Burada çox maraqlı adamlara və mənzərələrə şahid oldum... Bizdən bir az aralı bərkgedən TV aparıcılardan olan (bəziləri özlərini TV-dən kənar elə aparırlar ki, elə bil bir sıra tərbiyəsizliyin yayıcıları bunlar deyil) bir xanım dayanmışdı. Onu tanıdım, yanındakı bəyi isə kiməsə oxşatdım... Yanımdakı çoxbilmişdən soruşdum ki, o kimdir? Dedi, tanımazsan, Filankəs xanımı saxlayandır də... Onlardan az aralıda isə yaxşı tanıdığım keçmiş deputatlardan biri idi... Yanında isə bir farmazon, vallah, yerlə-göylə əlləşən bir xanım dayanmışdı. Yenə də bu çoxbilmişdən soruşdum ki, sən bilərsən, bəs keşmiş deputatın yanındakı xanım kimdir? Dedi, həəə, bu xanım da o kişini saxlayır... Gülmək məni tutdu, dedim, ayə, deyəsən, burda hamı bir-birini saxlayır... Mən də indiyəcən elə bilirdim ki, ancaq Rusiya Ermənistanı saxlayır... Bizdə isə bu nədir, o bunu saxlayır, bu onu saxlayır?! Dedim, gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır... Gülə-gülə tədbirdən sivişib aralandıq...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...