Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ərimi saymıram, evə nə vaxt gəldiyini bilmirəm" - Emma - VİDEO

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Elmira Ələkbərzadə (Emma) maraqlı açıqlamalar verib.

O, ilk olaraq "Sənə qurban" mahnısının tarixçəsindən danışıb:

"Kimə yazdığımı deməyəcəm. Sözləri özümə aiddir. Bunu Los-Ancelesdə yazdım. Sonra dostlarım məni Las-Veqasa dəvət edib oteldə mənim üçün böyük şənlik hazırladılar. Çünki mənim xətrimi dünyalar qədər istəyirlər. Elə oradaca mənim üçün klip çəkdilər. Kök idim, 63 kilo idim. Orada şokoladlı fontan görəndə gedib divarı öpürdüm. Mənim üçün ABŞ nağıl deyil. Ora getməyənlər elə bilir ki, Amerika nağıldır, amma elə deyil. Bizdə də həmin nağıl kimi yerlərdən var. Bundan da çox inkişaf edəcəyik".

İfaçı daha sonra ailəsindən söz açıb:

"Mənim üçün ilk yerdə ailəmdir. Daviddir, Sevdadır, həyat yoldaşımı saymıram. Çünki səhər 8-də gedir, gecə 1-2-də gəlir. Srağagün 3-də gəlib, heç xəbərim olmur nə vaxt gəlir. İşi çoxdur, mətbəx işi çətindir. Səhərlər mənə yemək işində kömək edir".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...