Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Plastik əməliyyat insanı transseksuallara oxşadır" - Nigar

“Bir çoxları yaşımı müzakirə edib, üzümdə qırışlar axtarmağa o qədər həvəslidirlər ki... Onlar özlərindəki yox, məndəki çirkinlikləri göstərmək istəyirlər”.

Mynews.az-ın məlumatına görə, bu sözləri “Eurovision 2011” qalibi Nigar Camal sosial şəbəkədə yazıb.

Müğənni onu tənqid edənlərə cavab verib. Nigar bildirib ki, heç bir plastik əməliyyat keçirməyib:

“Cennifer Lopesə bənzəmək üçün heç bir plastik əməliyyat etdirməmişəm. Bu cür plastik əməliyyatlar insanı transseksuallara bənzəməyə gətirib çıxarır. Bəzən Amerika filmlərində elə dəyişiklik edirlər ki, övlad ancaq qoxudan anası olduğunu bilir. Əzizlərim, sadəcə özünüzə qulluq edin. Yaşlı qadın yoxdur, baxımsız qadın var. Siqaretdən və spirtli içkidən uzaq olun.

Sağlam qidalanmaq məsləhət görə bilmərəm, çünki özüm hər şey yeyirəm. Bu, insana gözəl əhval-ruhiyyə verir. Mənə görə pəhriz yalnız stress yaradır. 

Özünüzü və ətrafınızdakıları sevin. Qarşınıza məqsəd qoyun və ardıyca gedin. Özünüzü qara düşüncələrdən xilas edin. O, sadəcə əsəb gətirir. Öz və ətrafınızdakıların əsəblərini korlamayın”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...