Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əri tərəfindən sevilməyən qadınlar var" - Xoşqədəm Hidayətqızı

Türkiyəli müğənni Doğuşla ailəli olan aparıcı Xoşqədəm Hidayətqızı ailəsi ilə bağlı paylaşım edib.

Mynews.az-ın məlumatına görə, aparıcı həyat yoldaşına sevgi etirafı edib:

“Ailə” kəlməsini hərə bir cür anlayır. Ailə sevgi və hörmət deməkdir. Ailə çətin gündə də, xoş gündə də bir yerdə olmaq deməkdir. Bura müqəddəs bir ocaqdır. Ailə bir qaladır, ora kimsəni buraxmaq olmaz! Çünki ətrafımızda xoşbəxt olmayan, əri tərəfindən sevilməyənlər və ya o sevgini görməyənlər var. Təəssüf ki, belələrinin arasında “Mən xoşbəxt deyiləmsə, o niyə xoşbəxt olmalıdır” deyib şeytan düşüncələriylə daha bir ailənin bədbəxt olmasını istəyənlər var. Ona görə də, “ailə qaladır” deyimini əsas götürüb ora kimsəni buraxmayın…

Nə yaxşı ki, həyatımızdasan, nə yaxşı ki, əkizlərimin atasısan. Rəbbim səni ailəmizin üstündən əksik etməsin”.  (axşam.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...