Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İntim səhnələrə çəkilən aktrisa peşmandır - "Ailəli qadın olmaq istəyərdim, amma erotik ulduz oldum" - FOTOLAR

Bir zamanlar erotik səhnələrə çəkilən aktrisa Arzu Okay Posta qəzetinə müsahibə verib.

Milli.Az bildirir ki, pulsuz qaldığına görə intim səhnələrə çəkilən Arzu qızının onu keçmişinə görə qınamadığını söyləyib.

Milli.Az onun müsahibəsində diqqət çəkən məqamları təqdim edir:

- Ananınız erotik filmlərə görə sizə əsəbləşib?

- 17 yaşım olanda evi tərk etmişdim. Anama da mən baxırdım. Bir dəfə lüt şəkillərimi gördü. Mənə "utanmırsan?" dedi. "Sən də belə pulsuz yaşamağa utanmırsan?" deyə cavab verdim.

- Neçə seks filminə çəkilmisiniz?

- Təxminən 24 filmə. Real həyatda o qədər də ehtiraslı biri deyiləm. Ailəli qadın olmaq istəyərdim, amma qismət, erotik ulduz oldum.

- Qaranlıqda türk kişilərinin ağzının suyunu axıtdığı biriykən, gündüz üzünə belə baxılmayan qadın olmaq ikiüzlülük sayılmır?

- Qaranlıqda kişilər mənə heyran idi. Lakin real həyatda heç vaxt mənim kimi birini həyat yoldaşı kimi görmürdülər.

- Yenə elə bir təklif gəlsə, soyunarsız?

- Yox. Bu yaşdan sonra soyunmaram

Peşman olduğunu dilə gətirən aktrisa bildirib ki, çəkildiyi filmlərə baxmır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...