Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlhamə ərindən boşanıb Amerikaya köçüb? - VİDEO

Uzun müddətdir Amerikada yaşayan müğənni İlhamə Qasımova "Xəzər maqazin"ə açıqlama verib. 

Mynews.az-ın məlumatına görə, sənətçi oradakı yaşayış tərzindən danışıb:

“Əvvəl məqsədim gəzmək idi. Sonra məqsədim dəyişdi, keçdi yaradıcılığa. Amerika məni dəyişə bilmədi. Çalışıram ətrafımdakıları dəyişdirim. Onlar bura uyğun yaşayırlar, mənsə onları azərbaycansayağı etmək istəyirəm. Amerikada amerikalılar kimi yaşayıram. Hər qəpiyimi sayıram, addımımı planlaşdırıram. Artıq gəzmək artıq pul deməkdir. Çayımdan tutmuş qəhvəmə, yeməyimə qədər hamısını hesablayıram. 200 dolları neçə gün xərcləyirəm. Heç kim mənim kimi burada qənaətlə yaşaya bilməz. Məqsədimə çatmaq üçün əziyyətlərə dözməliyəm. Burada işləmirəm. Mənim öz fikrim var, onları həyata keçirmək üçün işləyə bilmərəm. İşləsəm, ancaq pul qazanmağa başım qarışacaq".
 
İlhamə valideynlərinin onun üçün narahat olduğunu gizlətməyib:

“İnsan yaşayış tərzini dəyişmək, yaxşı yaşamaq istəyir. Ona görə də nələrsə edirsən. Valideyn istəməz ki, övladı kənarda yaşasın. Ona görə də videogörüntüylə danışır, hər şeyimi göstərirəm. Sənəti atmamışam. Əgər yerimi dolduran olsa, xoş gəlib. Olmasa davam edəcəm".
 
Verilişdə Qasımovanın həyat yoldaşından ayrılması bildirilib. Onun Amerikaya köçmə səbəbinin elə bu olduğunu deyilib. Sənətçi bununla bağlı suallara belə cavab verib:

"Övladım olmasını həmişə istəmişəm. Amma mən "Məryəm" deyiləm. Bura tək gəlmişəm. Xoşbəxt olmaq istəyirəm, bunu da hər kəsə arzulayıram". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...