Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Könül Xasıyeva dəvət olunmadığı toyda - VİDEO - FOTOLAR

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Könül Kərimovanın qızı Ləmanın toy məclisi tutub.

Tanınmış simaların toplaşdığı məclisə qatılanlar sırasında xalq artisti Könül Xasıyeva da olub. Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti məclisə dəvət olunmadığını bildirib: "Könül məni toya dəvət etməyib. Yəqin ki, qıymayıb. Efirdən eşitdim və gəldim. Sənət yoldaşımdır və Bülbül adına Musiqi Məktəbində "parta yoldaşı” olmuşuq. Burada olmağı özümə borc bildim. Bacımın balasının məclisidir. Oxudum, oynadım sağaldım. Allah Könülün balasını xoşbəxt eləsin. Zəhmət və əziyyəti çox olub, günü yollarda keçib. Tanrı onun cəkdiyi əziyyətləri yerdə qoymasın”.

Könül Kərimova isə xalq artistinin bu hərəkəti qarşısında gözyaşlarını saxlaya bilməyib: "Allah Könül xanıma can sağlığı versin. Hər zamanki kimi sağlam olsun. Allah onu bizə, Azərbaycan xalqına çox görməsin”.

Qeyd edək ki, toya oğlu Kazımla qatılan K.Xasıyeva xalq artisti Arif Babayevlə duet ifa edib.

Sözügedən görüntüləri oxucularımız üçün yayımlayırıq:

///primetime.az




Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...