Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rzanın həbsxanaya qadın gətirtməsi Ebrunun səbrini daşırdı

Müğənni Ebru Gündeşin ABŞ-da həbsdə olan cənubi azərbaycanlı əri Rza Zərrabın dinlənilməsi olub. 

Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin ərinin rüşvət qarşılığında qaldığı kameraya qadın gətirtdiyi məlum olub. Rza da ifadəsində iddianı təsdiqləyib. Ebru bu etiraflardan sonra Zərrabdan boşanmaq haqda fikrini qətiləşdirib. O, yaxınlarına “Bir deyil, iki deyil. Daha əvvəl də qadınlarla münasibəti ortaya çıxmışdı. Amma bu etirafı hər şeyi dəyişdirdi” deyərək vəkilinə boşanma prosesinə başlamaq üçün təlimat verib. 

Qeyd edək ki, Rza Zərrab nəzarətçilərə rüşvət verərək təkcə qadın deyil, spirtili içki, narkotik və əlavə qidalar da içəri gətirtdiyini etiraf edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...