Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Faiq Ağayevdən həmkarına dəstək: Bu, hüquqi müstəvidə həll olunmalıdır

Məşhurların şəxsi həyatı sevənləri, hətta sevməyənləri tərəfindən həmişə marağa səbəb olur. Sosial mediada tez-tez onların barəsində yayılan yanlış xəbərlər, videogörüntülərlə rastlaşırıq. Yayılan video və fotoşəkillər isə bundan xəbərdar olmayan məşhurların şəxsi həyatında bəzi problemlərə yol açır. Bəziləri bunu onlara qarşı yönəldilimiş “qara piar” adlandırır, digərləri isə bununla özünü reklam edir.

Mynews.az-ın məlumatına görə, Xalq artisti Faiq Ağayev sözügedən mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verib.

“Əgər ortaya çıxan video və fotoşəkillər ictimai təhlükə törədirsə, məsələn, zorlama, seksual təqib və s. ilə bağlıdırsa, bunu yaymaq olar. Əgər kimsə kiminsə şəxsi həyatına müdaxilə edərək öz IP ünvanına daha çox baxış gətirmək üçün bunu edirsə, bu, əslində, hüquqi müstəvidə həll olunacaq məsələdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, şəxsi həyat toxunulmazdır. İnsanın icazəsi olmadan onunla bağlı foto və videogörüntüləri yaymaq qanuna zidddir. Cinayət Məcəlləsinə görə, bunun hüquqi cəzası var. Bu cür videoları yayan jurnalistlər əvvəlcə öz vicdanları qarşısında cavab verməlidirlər. “Bu, mənim peşə borcumdur”,- deyə yalançı bəhanələr gətirməməlidirlər”,- deyə o bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə və saytlarda məşhur reper Anar Nağılbazın porno videosu yayılıb. İfaçı ötən gün təşkil etdiyi mətbuat konfransında həmin görüntülərin montaj olduğunu söyləyərək ağlamağa başlayıb.

Oxu.Az-a açıqalma verən tanınmış vəkil Ceyhun Yusifov isə sözügedən videonu mətbuatın o şəkildə yaymasının “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərinə zidd olduğunu və həmin görüntüləri yayan şəxslərin 2 il azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla biləcəklərini vurğulayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...