Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Estetik əməliyyat etdirdiyi deyilən Cavanşir Məmmədov - "Doğulandan ağsaqqal olmuşam"

 Məşhur müğənni Cavanşır Məmmədov "Space" televiziyasında yayımlanan "Hər Səhər" verilişinin qonağı olub. 

BiG.AZ xəbər verir ki, maraqlı məqamlara toxunan məşhur müğənniyə estetik əməliyyatla bağlı ünvanlanan sual onu özündən çıxarıb. Sualı qərəzli qəbul edən müğənni etirazı bildirdi:

"Siz mənim yanımda olmusuz mən əməliyyat edəndə? Mən yalnız saç əkdirmişəm və bu əməliyyatı etdirən ilk adamlardanam. Ehtiyac olsa plastik əməliyyat da etdirərəm, burda nə var ki?"

Tamaşaçılardan biri canlı yayımda Cavanşir Məmmədovun bu cür cavan qalmasının sirrini soruşub. Müğənni isə gənc görünməyini bu cür açıqlayıb:

"Hər səhər ilıq su içmək lazımdır. Heç kəsin arxasıyca dedi-qodu etmək lazım deyil. Ancaq özümü olduğum yaşımdan da qoca hiss edirəm. Cavan vaxtlarımda da özümü yaşlı hiss etmişəm. Necə deyərlər, doğulandan ağsaqqal doğulmuşam". 

Estetik əməliyyat etdirdiyi deyilən Cavanşir Məmmədov:
Estetik əməliyyat etdirdiyi deyilən Cavanşir Məmmədov:
Estetik əməliyyat etdirdiyi deyilən Cavanşir Məmmədov:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...