Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməkdar artist Azərbaycanı tərk edir - SƏBƏB

Əməkdar artist Firuzə İbadova Azərbaycanı tərk edəcək. 

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan müğənni bunu qızı və nəvəsi üçün etmək istədiyini deyib:
 
"Bir neçə xarici ölkədən mənə iş təklifi olub. Azərbaycanı çox sevirəm. Amma hər şey qismətdir, köçmək fikrim var. Qızım ikinci təhsilini almağı düşünür. Nəvəm Hökumənin xaricdə oxumağını istəyirəm. Çünki atası da xaricdədir. Bir dəfə mənə dedi ki, 4-cü sinifdən sonra atasının yanına gedib təhsilini orada almaq istəyir, mən də razılaşdım". 

Qeyd edək ki, Firuzə İbadovanın qızı Hülya 2008-ci ildə Kanadada yaşayan Cavid adlı şəxslə ailə qurub. Əri ilə 2010-cu ildə boşanan Hülyanın Hökumə adlı qızı var. Cütlüyün ayrılmasına səbəb müğənninin qızının ondan ayrı Kanadada yaşamaq istəməməsi olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...