Mehman Əhmədli Aydının xəstəliyindən danışdı

Meyxanaçı Aydın Xırdalanlının səhhətindən şikayətləndiyi barədə xəbərlər yayılıb. Meyxanaçı özü bildirib ki, pis vərdişlərə qurşandığı üçün səhhətində problemlər var.
Yayılan xəbərlərlə bağlı həmkarı Mehman Əhmədli ilə əlaqə saxladıq. Meyxanaçı A24.Az-a açıqlamasında bildirdi ki, çıxan xəbərlərdən məlumatsızdır və həmkarının vəziyyəti yaxşıdır:
“Çıxan xəbərlər haqqında məlumatım yoxdur, oxumamışam. Sizdən eşidirəm. Halının pis olmasına gəldikdə, Aydın Xırdalanlını 2 gün bundan öncə görmüşəm və dünən də telefonla əlaqə saxladım. Elə bir ciddi problemi yoxdur. Əgər hansısa problemini meyxana ilə bağlayırsa, buna meyxana nə etsin? Başqa sahələrdə çalışan insaların problemləri olmur ki? Meyxana Azərbaycan ədəbiyyatının bir qoludur. Bəli Aydın arıqlayıb, amma bu o demək deyil ki, o ağır vəziyyətdədir. İnsandı da, özünə baxmayıb arıqlayıb. Toylarla bağlı dediklərinə gəldikdə isə, bəli, meyxanaçılar, musiqiçilər toylara gedir. Toylardan yorğun gəlirik. Elə olur ki, səhər gəlib çıxırıq evə. Fərq etmir, gələn kimi yatırıq. Nəisə qəbul edib yatmırıq. Elə şey yoxdur bizdə. Hər şey insanın özündən asılıdır. Bu hər bir peşəyə aiddir. İnsan istəyər nəsə qəbul edər, istəməz etməz. Misal üçün mən, hazırda nə içki içirəm, nə siqaret çəkirəm, nə də ki, narkotik maddə qəbul edirəm. İnsanlar toylarda yeyir- içir, nəisə edirsə, bu artıq onun problemidir. İnsan Bir şeyi marağında olduğu üçün seçir. Fərqi yoxdur bu siqaretdir, içkidir və ya narkotik maddədir. Dediklərimi Aydın Xırdalanlıya şamil etmirəm. Ümumiyyətlə deyirəm”.
Maqazin
- "Qarnını göstərmə, ayıbdır" - Vüsalə bu FOTOsuna görə də qınandı - FOTOLAR
- Emin Ağalarov Nəcməddin Sadıqovun qızından ayrıldı
- Məşhur serialdan ayrılan aktrisadan xəbər var - VİDEO
- “Röya xalq düşmənidir, ölkədən qovulsun” - Xalq artistinə kütləvi etiraz - VİDEO
- Direktorun ad günündə iştirak edən Mətanət İsgəndərli də cərimələndi
- "Can Azərbaycan, zəfərin mübarək"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İlham Əliyev və Mehriban Əliyeva “Ana harayı” abidəsini ziyarət etdilər 921 dəfə oxunub
- İlham Əliyev mətbuat konfransı keçirir - CANLI YAYIM 919 dəfə oxunub
- İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başlayır 901 dəfə oxunub
- “Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə öz təcrübəsini paylaşıb 595 dəfə oxunub
- Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən açıqlama - VİDEO 594 dəfə oxunub