Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Efirlə, tini səhv salmamışam" - Vüqar Muradov efirdəki davadan danışdı

SPACE telekanalında, aparıcı Şəbnəm Turanın təqdimatında yayımlanan “Nahara qədər dedi-qodu” verilişinin çəkilişi zamanı insident yaşanması Vuqar Muradov inkar edib.

A24.az-a açıqlamasında belə bir halın olmadığını deyən müğənni bunun verilişin reytinqi üçün edildiyini deyib:

“Bir verilişdə yaradıcılıqdan söz gedirsə, çıxıram o verilişə, artıq söhbətlər olacaqsa, o verilişlərə getmirəm. Mən də etirazımı ona bildirmişəm, ola bilər bir az aqressiv davranmışam, ancaq söyüş söyməmişəm. Mən efirlə, tini səhv salan insan deyiləm. Şəbnəm Turan dostumdur, qonşumdur. Orda qətiyyən söyüş söyməmişəm, sadəcə fasilə verib geri dönmüşəm. Kimlərsə öz mədəniyyətsizliklərindən xəbər verirlər ki, mənim haqqımda belə sözlər deyilib. Tərbiyəm elə şeyə yol verməz. Bu fantastikaları necə yaradırlar, anlamadım. Əgər həqiqətən o sözlər mənim tanıdığım Şəbnəmin ağzından çıxıbsa, sadəcə susa bilərəm. Mənə yaxın olan bir insan belə bir söz deyirsə, ar olsun o insana. Əsəbiləşdim o suala, sadəcə dedim bu sual verilməsin. Mən həkimsən verilişinə çıxmamışam, yemək proqramında yeməkdən, musiqidən danışarlar. Kim deyibsə, gözəl basıb bağlayıb. Şəbnəm üçün əziz insanının fərqi yoxdur, deməli, reytinqə görə hər yola əl atar. “Ona yalvaran da olmadı ki, geri qayıt. Özündən çıxdığı kimi də sakitləşərək studiyaya qayıtdı” nə deməkdir? Mən efirə hörmətsizlik olmasın deyə geri qayıtmışam.  Reytinq yığmaq üçün ediblər düşünürəm, mən də ortada gəzən təlxək deyiləm, bunlar olmayan bir şeydi.  Xahiş edirəm onlardan həmin söyüş və təhqirlərin görüntülərini yaysınlar, məni ifşa etsinlər. Bu daha çox reytinq gətirər.  Hamı ağzına gələni danışa bilər, ancaq videonu yayımlamaq ən gözəl sübutdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...