Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün Kazımova toyuq-cücəni başına yığıb fotosessiya etdirdi - FOTO-VİDEO

Xalq artisti Aygün Kazımova 30 illik səhnə fəaliyyətinin ən pozitiv layihəsini həyata keçirdiyini bildirib.

Mynews.az-ın məlumatına görə, müğənni uşaq mahnısı olan “Cücələrim”i öz repertuarına daxil edib.

A.Kazımova deyib ki, “Cücələrim” mahnısının yaranmasının bu il 70 ili tamam olur, layihə də məhz buna həsr edilib:

“Bu mahnını bilməyən insan yoxdur. Dünyanın ən məşhur uşaq mahnısıdır. Yeganə Azərbaycan mahnısıdır ki, dünyanın 40 dilinə tərcümə olunaraq ifa edilib. Mən də bu mahnıya öz töhvəmi verdim.

Məktəbdə oxuyarkən "Cücələrim" ansamblının baş cücəsi idim. Bu gün isə bu layihənin prodüseri mənim yeni musiqi produserim olan Kahaber Tsiskaridzedir. Onunla bir neçə layihəlik müqavilə bağlamışam. “Cücələrim” bizim başlanğıc işimiz oldu. O, Gürcüstanın məşhur diceyi, musiqiçisi, prodüseri və ictimai xadimidir. Bu il Tiflis merinə namizəd idi. Azərbaycana da məhz "Cücələrim" proyektinə görə gəlib. 

Obrazımın üzərində Ruxa, Tural Atazadə və Rüfət İsmayıl çalışıb. Layihənin ümumi prodüseri isə Şahin Qurbanovdur”.

"Cücələrim" layihəsi üçün A.Kazımova fotosessiya və musiqili video rolik də hazırlatdırıb. Fotoların müəllifi Orxan Aslanov, back stage isə Kamran Aydınova aiddir. Layihənin art direktoru Anar Hüseynovdur.

Qeyd edək ki, "Cücələrim"in musiqisi Qənbər Hüseynli, sözləri isə Tofiq Mütəllibova aiddir.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...