Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tolik: "Röya ilə tanış olmasaydım məni Azərbaycanda tanınmazdılar"

Prodüser Tolik mərhum xalq artisti İlhamə Quliyeva haqqında fikirlərini dilə gətirib.
 
Mynews.az-ın məlumatına görə, o, bu sözləri deyib:"Düz 1 il öncə bu gün həyata gözlərini əbədi yumdun. Sənin ölümün bəzilərini sevindirsə də, çox yandırdı. Çünki bəlkə də onlar dünyadan köçəndə heç o qədər insan axını, gündəm olmayacaq. Yaşadığın vaxt qarşında cücə olanlar sən öləndən sonra şir oldular, özlərini qalib sandılar. Amma bir gün onlar da öləcək və həmin şəxslərin dalıyca danışacaqlar. Əsas odur ki, yaşadığın müddət, oxuduğun mahnılar insanların qəlbində yer tapmışdı və onlar səni hər zaman yaşadacaq. Sənin özünü sevməsələr də, mahnılarına qulaq asacaqlar. Hər zaman yaddaşlarda qalacaqsan".
 
Tolik İlhamə Quliyevanın məzarına getməməsinin səbəbini də açıqlayıb: "Bir il ərzində heç bircə dəfə də olsa məzarına getmədim. Amma bilmirəm niyə... Bəlkə vəfatından 3 gün öncə tədbirimə gəlib mənə xeyir-dua verməyin, orada canlı oxumağın və qəflətən ölümün mənə hələ də çatmır. Amma İlhamə xanım, sənə vəfa borcum var. Sən dostumun dostu, düşmənimin düşməni olmusan. Allah sənə rəhmət eləsin. Həyat davam edir, qismətim olsa dalınca danışanların ölümünü görsəm, mən də baxıb sənin əvəzinə güləcəm. Bəlkə də 15 il öncə Bakıda məni Röya ilə tanış eləməsəydin bu gün Azərbaycanda tanınmazdım. Bunu heç vaxt unutmayacam". 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...