"Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar" - Elza Seyidcahan
Bakı Slavyan Universitetnin məzunu, jurnalistikada yenicə fəaliyyətə başlayan Əbülfəz Kərimov son vaxtlar ortaya çıxıb meydan sulayan ara şairlərini şeirlə tənqid etmiş və əməkdar artist Elza Seyidcahana söz atmışdı.
Mynews.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı bəstəkar, əməkdar artist Elza Seyidcahan öz fikirlərini bölüşüb.
Elza Seyidcahan saytımıza açıqlamasında şeir yazan gənci alqışladığını bildirib:
"O gənci alqışlayıram. Şeir yazırlar, beyinləri açılır. Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar. Qoy məni oxuyub, Bəxtiyar kimi şairini qədrini bilsinlər. Pis olmasa, yaxşının qədrini bilməzlər. Məni görüblər, Bəxtiyar Vahabzadə onlara şirin gəlib. O gəncdən soruşsan ki, Bəxtiyardan bir misra şeir de, bəlkə də bilməyəcək. Elza yaradıcılığı kütləşmiş beyinləri, tutulmuş dilləri, kor olmuş gözləri açır".
Əməkdar artist "kifayət qədər şeir yazanlar var, niyə Elza Seyidcahanı hədəf alıblar" sualımıza belə cavab verib:
"Demək maraqlıyam , şeirlərim oxunur ki, məni hədəf alıblar. Tələbələr, balaca uşaqlar, şairlər, yazıçılar - hər kəs Elzanın şeirindən xəbərdardırlar. Belə bir söz var: "Xəbərdaram işindən, qurtarmaram dişindən". Bu haqda heç zaman pis fikir deməmişəm, çünki onlar mənim oxucularımdır. Oxucularımın içində ağıllısı, dəlisi, paxılı, namərdi, mərdi də var. Əsas odur ki, onlar mənim oxucularımdır və mən heç zaman oxucularımı daşa basıb təhqir etməyəcəyəm. İnsan uğrun zirvəsinə çatanda ona qarşı paxıllar çoxalmağa başlayır. Onlar bir addımlıq barıtdır, tez yanıb, tez də partlayırlar. Bu səbəbdən bunu normal qəbul edirəm. Ardımca gəlsinlər".
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1136 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1124 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1124 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1122 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1012 dəfə oxunub