Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İzzət Bağırov dayım olsa da, heç vaxt mənə kömək..." - Almaxanımdan AÇIQLAMA

Görkəmli ədəbiyyatşünas alim, şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin qızı, gənc xanəndə Almaxanım Əhmədli BiG.AZ-a müsahibə verib.

16 yaşlı Almaxanım Azərbaycan Milli Konservatoriyasının 1-ci kurs tələbəsidir. O, xanəndəlik ixtisası üzrə təhsil alır, ustadı isə respublikamızın əməkdar artisti Təyyar Bayramovdur.

Qısa müddətdə hamının sevimlisinə çevrilən Almaxanım gələcək işləri, şəxsi həyatından danışıb. Müsahibəni təqdim edirik:

- Maraqlı adınız var, bilmək istərdik ki, bu adı sizə kim qoyub?

- Adımı atam qoyub. Nənəmin adıdır. Adımla bağlı maraqlı hallarla qarşılaşıram. Maraqlıdır ki, adımı eşidənlərin üzündə ilk olaraq təbəssüm yaranır (gülür).

- Sənətə gəlməyində ən böyük dəstəkçin kim olub?

- Sənətə gəlməyimdə ən böyük dəstəkçim ailəm olub. Onlar hər zaman məni həvəsləndiriblər. Mən də bu bir neçə ildə öz üzərimdə çalışaraq müəyyən uğurlara yiyələnmişəm.

- Ailən sənətinlə bağlı nə kimi qadağalar edib?

- Onlar mənə hər zaman güvənir, indiyi kimi heç vaxt qadağa qoymayıblar.

- İlk dəfə televizorda çıxış edəndən sonra məktəbə getdin. Sinif yoldaşlarının reaksiyası necə oldu?
- İlk dəfə efir çıxışım 3 il bundan öncə oktyabr ayının 7-də olmuşdu. Bütün ətrafımdakılar kimi onların da reaksiyası sevincli idi, mənlə fəxr edirdilər.

- Məktəbdə musiqi dərsləri necə keçirdi? Bu bizə maraqlı olardı.
- Musiqi dərsləri çox maraqlı keçirdi. Ümumiyyətlə, mən musiqi dərslərinə hər zaman həvəslə maraq göstərdiyimə görə mənim üçün musiqi dərsləri çox maraqlı keçirdi.

- Sənət adamlarından uğuruna qısqanclıq edənlər olur?

- Təbii ki uğurlarıma sevinən də, paxıllıq edənlər də var. Paxıllıq hər sahədə, hər peşədə var, təkcə insənət sahəsində deyil. Paxıl insan həmişə geridədir. Sənətində də inkişaf edib, irəli gedə bilmir.

- Qalmaqallı mövzullarda adın hallanıbmı və bu problemləri necə yoluna qoymağa çalışırsan?
- Ümumiyyətlə, qalmaqal hər zaman xanəndələrdən uzaq olub. Mən də qalmaqaldan həmişə uzaq olmuşam. Qalmaqal şou-biznes sahəsinə aiddir.

- Gənc yaşda bu qədər sevilməyə necə nail oldun?
- Nə xoş mənə ki müəyyən qədər də olsa insanların sevgisini, rəğbətini qazanmışam. Sənətçi üçün bundan gözəl heç nə ola bilməz. Bunun səbəbini isə yəqin ki, xalqımız bilər.

- Bildiyimizə görə, müğənni İzzət Bağırov qohumunuzdur. Onun sənətdə sənə nə kimi dəstəyi olub?
- İzzət Bağırov mənim dayımdır. Hər zaman xalqımızın sevdiyi sənətçidir. Mən də dayımı çox sevirəm. Amma sənətdə ondan köməklik istəməmişəm, çalışıram ki, özüm həll edim.

- Almaxanım, nə zaman ailə qurmağı planlaşdırırsan?
-16 yaşım var. Hələ ki, uzun müddət sənətimlə məşğulam, evlilik barədə planlarım hələ ki yoxdur.

- Bir az uğurlarından danış bizə.

- Bildiyiniz kimi, bu il mart iyun ayında Azərbaycan Dövlət Televiziyası, Heydər Əliyev Fondunun birgə keçirtdiyi VI Televiziya Muğam Müsabiqəsinin qalibi oldum. Baş mükafat olan "Qram Pri" yə layiq görüldüm. Bu, mənim indiyənə qədər ki sənət fəaliyyətimdə ən böyük uğurumdur. Bu müsabiqə ərzində mənim ustadım Təyyar Bayramovun, respublikamızın xalq artisti Mənsum İbrahimovun mənim üzərimdə çox böyük əməyi oldu. Mənsum müəllimə, Təyyar müəllimə böyük təşəkkürümü bildirirəm və ən əsası da Azərbaycan Dövlət Televiziyası və Heydər Əliyev Fonduna minnətdarıq ki, gənc xanəndələrə hər zaman qayğı göstərir. Hal hazırda isə Azərbaycan Dövlət Televiziyasının solistiyəm. Sənətimdə arzularım çoxdur. Bütün dünyada Azərbaycan Muğamını təmsil etmək istəyirəm. Bundan sonra da sənətimi inkişaf etdirib, öz üzərimdə çalışaraq daha böyük uğurlara nail olmağıma ümid edirəm.

- Bu yaxınlarda solo konsertə hazırlaşırsan, deyə bilərsənmi sevənlərini konsertində nələr gözləyir?

- 1 aydan çoxdur ki, solo konsertimə hazırlıqlarımız gedir. 8 dekabr saat 19:00 da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin birgə keçirtdiyi "Muğamat var olan yerdə" adlı layihədə solo konsertim baş tutacaq. Repertuarımıza bir-birindən fərqli, rəngarəng xalq mahnıları, muğamlar, təsniflər daxildir. Çalışacağıq ki, tamaşaçıların zövqünü oxşayaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...