Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əlimi çəkib getsəydim, yaxşı oğlan olardım?" - İslamdan Oksanaya

Aktyor İslam Mehrəliyev rəqqasə, keçmiş dostu Oksana Rəsulova ilə küsülülüyündən danışıb.

Mynews.az-ın məlumatına görə, aktyor “Atv kulis” verilişində bildirib ki, artıq münasibətləri yoxdur. O, hətta aktyor Elcan Rəsulovla da küsülü olduğunu deyib:

“Oksana gözəl, istedadlı xanımdır. Bu, oyundur. Ona zərbə endirmədim. Sadəcə oyunda qalmaq üçün mübarizə apardım. İndi Oksana ilə də, Elcanla da münasibətimiz soyuyub. Finalda əlimi çəkib getsəydim, yaxşı oğlan olardım? 

Deyirlər, İslamın oğlu oldu, ona jest etdik, əlimizi çəkdik. Əgər mənə jest etsəydilər elə əvvəldən “Maşın” şoudan gedərdilər də... İki gün qalıb, yorulub gediblər”.

Qeyd edək ki, İslamla Oksana arasında qalmaqal "Maşın" şouda başlayıb. Oksana İslamın maşını udduğu təqdirdə ona 10 min verəcəyini, amma aktyorun sözündən döndüyünü deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...