Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı
Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları əslən Azərbaycandan olan kinoaktyor Elsevər Cəfərovu 27 milyon rubl (775 min manat) oğurlamaqda şübhəli bilərək saxlayıb.
Məlumata görə, banklardan birinin Moskva filialının direktoru polisə müraciət edərək gün ərzində bankın əməliyyat sisteminda nasazlıq yarandığını, bundan sonra isə hesabda 27 milyon rubldan (775 min manat) çox məbləğdə kəsir yarandığını bildirib.
İstintaq vəsaitlərin hələlik müəyyənləşdirilməmiş şəkildə bank hesabından oğurlandığını təsbit edib, cinayət işi açılıb.
Ardından hüquq-mühafizə orqanlarının əməkdaşları azərbaycanlı Elsevər Cəfərovu saxlayıblar.
Sankt-Peterburqda yaşayan və "Tərəqqi" kinostudiyasında aktyor fəaliyyəti ilə məşğul olan 30 yaşlı şəxs günahını tam şəkildə etiraf edib.
Böyük məbləğdə oğurluğun detalları aydınlaşdırılır. ///Report
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 981 dəfə oxunub
- Emin Ağalarov söz verdi 981 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 979 dəfə oxunub