Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həbsxanaya düşmüş məşhurlar - "Filmlərdəki qədər pis deyildi, ancaq Hilton da deyildi..."

Hansı filmdən olduğunu xatırlamıram. Ancaq obrazın ifadə etdiyi sözlər həyatda bir çətinliyə düşdüyümdə həmin an qulağımda səslənir: “Həyatda baş verən xoşbəxt və bədbəxt hadisələr insanlar üçündür. Biz də insan olduğumuz üçün bu hadisələri yaşamalıyıq”. 

Doğrudan da kim olursa olsun, heç kim bu həyatda heç bir şeydən sığortalanmayıb. 

Çox zaman həyatlarına bəlkə də qibtə ilə yanaşdığımız məşhurlar da elə bir həyatı yaşamaq məcburiyyətində qalırlar ki, zaman - zaman onlarda da öz talelərinə üsyan yaranır.   

Moderator.az həyatının bir qismini belə olsa həbsxanada keçirmiş məhşurları sizə təqdim edir.     Paris Hilton 2006 – cı ildə içkili halda avtomobil idarə edərkən nəzarət altında olaraq şərti olaraq azadlığa buraxılmışdır. Lakin şərtlərə əməl etmədiyi üçün 45 gün həbs cəzasını çəkməyə məcbur olmuşdur. 

Türkiyənin məhşur modeli Ebru Şallı narkotik istifadəçi olaraq 1999- cu ildə həbs olunmuşdur. Gözəl modelin həbs həyatı 15 gün davam etmişdir. 

Həbsxanadan çıxdıqda sonra verdiyi müsahibədə bu sözləri demişdir: “Təsəvvür etdiyimdən fərqli idi. Pisin yaxşısı demək olardı. Ancaq insan orada nə yemək yeyə bilir, nə də yata bilirdi. Içəridəkilər günahsız insanı gözündən anlayır, ona daha səmimi davranırlar. Vegeterian olduğum üçün mənə normal yeməklər hazırlayırdılar. Filmlərdəki qədər pis deyildi. Ancaq Hilton da deyildi".  

Naomi Kembel - Afrika ölkəsi Sierre Leonedə almaz ehtiyyatları səbəbindən başlayan daxili savaşda 120 min insan öldü. Üsyançıları almaz qarşılığında silahlandırdığına görə günahkar olaraq yarğılanan keçmiş Liberiya dövlət başçısı Çarliz Taylorın 1997 – ci ildə top model Naomi Kembelə kəsilməmiş böyük bir almaz hədiyyə etdiyi məlum oldu. Bu zaman məşhur modelə məhkəmə yolu göründü.  Şahid olaraq didirilən Naomi hədiyyənin kimin göndərdiyini və almaz olduğunu bilmədiyini söyləmişdi.

Bülent Ersoy 1980 – cı ildə evinə gələn hakimi təhqir etdiyi üçün 11 ay 20 gün həbsə məhkum edilmiş və 45 gün sonra azadlığa buraxılmışdı. Daha sonra Quş adasında tətildə olarkən bir jurnalistə hücüm edib onun fotoaparatını sındırdığı üçün Sökə Cəza evində qadınlara aid hissədə 2 ay həbsdə qaldı. 

Dəniz Səki - Məşhur müğənni Dəniz Səki narkotik ticarəti etdiyinə görə əvvəllər 6 il 3 ay cəza aldı. Daha sonra isə yenidən həbsə alındı və cəzasını çəkdikdən sonra azadlığa buraxıldı.

  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...