Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Röya həmkarlarına söz atdı - Sizə görə həyasız mənəm...

Əməkdar artist Röya Ayxanın İradə İbrahimova və Nigar Camalla qalmaqalı səngimək bilmir.

Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, hər üç ifaçı günlərdir bir-birinin ünvanına tənqidlər yazır, sərt fikirlər söyləyir. Ötən gün İradə və Nigarın sosial şəbəkədə yazdığı statusa Röya yenidən cavab verib.

“Altın kelebek” mükafatlandırma gecəsindən foto paylaşan sənətçi, İradə və Nigara söz atıb: “Mən sarı və qızılı ilə başladım. Amma gələn il it ilidir, özü də dəbli it. Görürsünüz? Arxaya yox, önə baxmaq lazımdır. İt qara idi, indi qızılı olub. Əminəm ki, hamıya düşərli olacaq.

Mənimlə işiniz olmasın, dəli adamam. Gərək kağız göstərim? (gülür) Mənim nə onunla, nə də bununla işim var. Heç ola da bilməz.

Mən bu günə kimi kiməsə söz deməmişəm. Özləri aldanıb, 200 min verib iş görə bilməyiblərsə, günah mənim deyil. Türkdə ərdə olan xanım türkü əzə bilməz. Bəs niyə övladı var? Yeri gəlsə, sizə görə həyasız mənəm. Amma Nigarın camaat içində Anara bağıraraq “Bunu niyə çağırmısan?” deməsi normaldı. Söhbəti bağlayın, çürükçülüyü sevmirəm”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...