Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Elgiz Əkbərdən canlı yayımda Damlaya evliliklə bağlı təklif: İlin toyu ola bilər - VİDEO

Aparıcı Elgiz Əkbər ARB telekanalında yayımlanan “Səhər-səhər” verilişində müğənni Damlaya evlənməsi üçün namizəd təklif edib. 

Mynews.az-ın məlumatına görə, Damla Elgiz Əkbərin təklifinə “niyə də olmasın” cavabını verib. 

Belə ki, aparıcı müğənni Elnar Xəlilovdan ailə həyatı qurması üçün namizədin olub-olmadığını soruşub.

Müğənni “xeyir” cavabını verəndən sonra Elgiz Əkbər deyib ki, Damla ilə ailə həyatı qura bilər: “Çox gözəl cütlük ola bilərsiniz”.

Elnar Xəlilov isə Damla ilə evlənməyə pis baxmadığını və bunun mümkün olduğunu bildirib.

Elgiz Əkbər isə deyib ki, bu evlilik ilin toyu ola bilər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...