Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaur Kamalın “banan” süjeti Elnarəni əsəbiləşdirdi - VİDEO

Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı hadisə baş verib. 

Mynews.az-ın məlumatına görə, Zaur Kamalın aparıcısı olduğu verilişə müğənni Sevinc-Sevil bacıları qonaq olub. 

Bacılar Zaura böyük meyvə səbəti hədiyyə edib. Zaur isə səbətdən banan götürüb və canlı efirdə qızlara yedirtmək istəyib. Sevil Zaurun verdiyi bananı yesə də Sevinc imtina edib. Zaur isə Sevinci məcbur edib və bananı yeməyini istəyib.

"Mənim bananla aram yoxdu. Ver onu özüm götürüm. Elə yeməkdənsə efirdən çıxaram. Əlinlə yedizdirmə. O qədər müğənni gəlir ki, əlinlə yedizdirəcəksən. O qədər yaxşılıq edilər. Moskvaya toylara aparırlar səni. Xəbərim var mənim hər şeydən", - deyə Sevinc söyləyib.

Verilişdə yaşanan bu mənzərə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri bu mənzərənin xoşagəlməz olduğunu bildirib və geniş müzakirələr yaranıb.

Həmin görüntüləri təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...