Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zorikdən efirdə söyüş söyən Təranə Qumrala - "3500 manat ödəyəndə tüpürdüyünüzü yalayırsız" - VİDEO

Azərbaycanlı rejissor Zorik (Zöhrab Ağayev) Təranə Qumral və Nazənin arasındakı qalmaqaldan danışıb. 

Zorik bu barədə şəxsi Instagram hesabında paylaşıb və bunları deyib: 

"Mən son zamanlar baş verən şou-biznes hadisələrinə qarışmırdım. Bu gün rast gəldim ki, çox sevdiyim dostum Nazənin xanım və Təranə xanım arasında qalmaqal var. Qanun var və Təranə xanım Nazənin xanımdan üzr istəməlidir. Mən heç kimə yol öyrətmirəm. Amma görün necə özbaşınalıqdı ki, Təranə xanım çıxıb efirdə deyir ki, mən şəhid bacısıyam, mən filankəsin qızıyam, Nazənindən üzr istəmirəm.

Siz zatən Nazənin xanımın şərəf və ləyaqətini təhqir etdiyiniz üçün 3500 manat ödəyəndə tüpürdüyünüzü yalayırsız. Qanun deyir ki, Nazənin xanımın ictimayi nüfuzuna xələl gətirdiyiniz üçün üzr istəməlisiz. Bəzi dırnaqarası kanallarda çıxır deyir ki, mən üzr istəməyəcəm. Elə bil ki, bura Liviyadır ya Suriyadır. Bura Azərbaycandır. Qanun varsa, qanuna riayət etməlisiz".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...