Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Anası azərbaycanlı olan bu gözəl türk aktrisası kimdir? - FOTOLAR

Son dövrlərin ən məşhur simalarından biri olan Selin Şekerci rol aldığı serial və şəxsi həyatı ilə gündəm olmağı bacarır. Əvvəlcə “Kaçak Gelinler” serialı ilə üzə çıxan Selin Şekerci adi xarakterə həyat verdiyi üçün “Melekler Korusun”la diqqətləri üzərində çəkib. Bəs musiqi yarışmasınıdə  “Feeling Good” adlı mahnısını ifa etməklə musiqidə iddialalı olduğunu gözlər önünə sərən Selin Şekerci kimdir?

“A24.az” azərbaycanlı aktrisa haqqında maraqlı faktları təqdim edir:

Atası ərəb, anası azərbaycanlı olan Selin Şekerci 1 iyun 1988-ci ildə İzmirin Karşıyaka şəhərində dünyaya gəlib. Orta təhsilini İzmirdə oxuyan aktrisa 8 yaşına kimi balet dərsləri aldıqdan sonra anasının təkidi və köməyi ilə teatr kurslarına gedib. İlk olaraq İzmirdə özəl teatr səhnələrində uşaq oyunlarında oynayıb. Daha sonra İzmir Dövlət Teatrında rol almağa başlayıb. 2006-cı ildə 18 yaşı tamam olan gənc aktrisa İstanbula gəlib və seriallarda, reklamlarda oynamağa başlayıb.

İlk dəfə 2006-cı ildə “Sağır Oda”da oynayaraq  seriallarda çəkilməyə başlayıb. 2007-ci ildə isə “Kavak Yelleri” serialının bir neçə bölümündə rol oynayıb. 2008-ci ildə isə “Melekler Korusun” serialında Özge Özpirinçci, Rojda Demirer, Hümeyra, Avni Yalçın ilə birlikdə çəkilib.

1969-cu ildə Necati Cumalının yazdığı eyniadlı hekayəsi əsasında 2011-ci ildə rejissorluğunu Şerif Görenin etdiyi “Ay Büyürken Uyuyamam” adlı filmində Ayça Bingöl, Hazal Kaya, Fırat Çelik ilə birlikdə rol alıb. Beləcə gənc aktrisanın çəkildiyi film və serialların davamı gəlməkdədir. Lakin 2013-cü ili 2014-cü ilə bağlayan “O Ses Türkiye”nin Yeni İl gecəsində aktrisa “Feeling Good” adlı mahnısını səsləndirib və Ebru Gündeşin komandasına daxil olub.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...