Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Ata-qız arasında küsülülük qalmaz" - Güneldən barışıq addımı

Türkiyə musiqisinin “İmperatoru” hesab edilən İbrahim Tatlısəslə küsülü olduğu deyilən müğənni Günel Zeynalova onu tanıtdıran müəlliminə minnətdarlıq edib. 

Mynews.az xəbər verir ki, Günel Tatlısəsə xoş sözlərlə dolu ismarış yollayıb:

“İnciklik keçib gedər. Ata-qız arasında küsülülük qalmaz... Sənə minnət borcluyam. Çünki Türkiyə məni sənin sayəndə tanıdı. 1998-ci il, demək asandır, düz 20 il əvvəl. Səsindən ötrü darıxmışıq. Nəfəs aldığını bilmək kifayətdir. Həmişə yaxşı, başıpmızın üstündə ol. Səni dinləyərək bilmədiklərimizi öyrənirik. Səbəbsiz yerə incisək də, haqqımda gözəl sözlər söylədiyin üçün kölgən belə mənə yetər. Səni sevirəm”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...