Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zaurdan Günel və Elnarəyə cavab: - “Onlar kimdir? Tanımıram”

Tanınmış teleparıcı Zaur Kamal onu tənqid edənlərə cavab verib.   Aparıcı AZXEBER.COM-a açıqlamasında səmimi insan olduğunu və heç kimlə problemi olmadığını bildirib.   O deyib ki, çoxları onu tanımadan fikir bildirir: "İnsanla ünsiyyət qurduqdan sonra onu tanımaq olar. Çoxları deyə bilər ki, Zaur yekəxanadır, kobuddur amma onlar məni şəxsən tanımırlar. Qonaqlarım verilişdə olandan sonra özləri deyirlər ki, özümü burda rahat hiss edirəm. Heç belə olacağını düşünmürdüm, ona görə də hər deyilənə fikir vermək lazım deyil, insanı tanımadan fikir bildirmək olmaz”   Zaur Kamal bir müddət öncə müğənnilər Elnarə Xəlilova və Günel Ələkbərovanın onu tənqid etməsinə də münasibət bildirib: "Onlar kimdir, tanımıram elələrini. Bilmirəm nə deyiblər. Onların dediklərini də oxumamışam.”   Aparıcı doğum günündə ən xoş təbriki valideynlərindən aldığını deyib: "Gözlədim ki, anam atam bilir ki, bu gün övladlarının doğum günüdür və məni təbrik etsinlər. Axşam üstü zəng etdilər. Dedim niyə səhərdən təbrik etmirsiz. Amma yenə də mənim üçün ən xoş təbrik bu oldu”
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...