Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Heç vaxt tək qalmayacam" - Sevinc

Aktrisa Sevinc Əliyeva “ATV kulis” verilişinin qonağı olub.

Mynews.az-ın məlumatına görə, aktrisa övladlarından danışıb:

“Anam məni necə tərbiyyə edibsə, uşaqlarıma elə davranmağa çalışıram. Anam mənə qarşı çox sərt idi. İndi onu başa düşürəm. Mən də uşaqlarıma qarşı sərtəm. İstəyirəm övladlarım düzgün böyüsünlər, yaxşını pisdən ayırsınlar. Başım daşa çox dəyib, amma peşman olmamışam. Məsləhətə qulaq asan deyiləm”.

Uzun müddət film sahəsindən uzaq qalan Sevinc hazırda dəvətlərin çox olduğunu söyləyib:

"Bizim işimiz elədir ki, çəkilməyəndə unudulursan. Mən yeni gələnlər üçün unuduldum. Müsbət bir halım var ki, uzaq olduğum ərəfədə uşaqlarla məşğul idim. Onları böyütdüm, itirdiyim vaxta peşman deyiləm. O vaxt çəkilişdə olsaydım, indi insanlar uşaqlarının körpəliyindən danışanda pis olardım".

Aktrisa çox rəfiqəsi olmadığını deyib:

"İşləyirəm, ailəm var. Qazandığım ailəmə gedir. Çox insanla münasibətim yaxşıdır. Amma yaxınım olan tək adamlar var. Təklikdən qorxmuram. Heç vaxt da tək qalmayacam. Üç övladım var, hər zaman yanımdadırlar. Mənim üç rəfiqəm var: iki oğlum, bir qızım". (axşam.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...