Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nadir Qafarzadə - "Onlar əxlaqsız yollarla sizdən çox qazansalar da.." - (FOTO)

Azərbaycanlı müğənni Nadir Qafarzadə sosial şəbəkədə təqdirəlayiq paylaşım edib. 

Mynews.az-ın BAKU.WS-a istinadən məlumatına görə, ifaçı Mənzil Kommunal İstismar İdarəsinin işçilərin  əməyini qiymətləndirib. İfaçı izləyicilərinə müraciət edib ki, yaşadığınız yeri təmiz saxlayın. 

“Hər gün bu analar bacılar şəhərimizin təmizliyi ilə məşğuldurlar. Aldıqları məvacib o qədər çox olmasa da öz əllərinin zəhməti ilə qazanırlar. Ey insanlar gəlin onları qiymətləndirib şəhərimizi təmiz saxlayaq. Allaha da, onlara da xoş gedər! Mənim, zəhmətkeş bacılarım! Sizə baxanda, yolunu azmış qadıncıqlara” yazığım gəlir. Siz çox yüksəkdəsiniz, amma onlar əxlaqsız yollarla sizdən çox qazansalar da, yenə acız, yoxsul və yazıqdılar. Çünki yüksək qadın adını pula satırlar! Sizinləsə, fəxr etməyə dəyər. Əllərinizdən öpürəm, Azərbaycan qadını. Qarşınızda baş əyirəm, Azərbaycan qadını. Qarşınızda baş əyirəm. Allah köməyiniz olsun, Amin”.

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...