Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aparıcı həyat yoldaşından boşanan Murad - "Bu peşə sahibi olan qızla heç vaxt evlənmərəm, çünki..."

ATV-nin məşhur aparıcısı Murad Əzimzadə subaylığın daşını atmaq fikrindədir.

Mynews.az xanim.az-a istinadən xəbər verir ki, bir dəfə evli olub boşanan aparıcı ikinci dəfə eyni səhvi etməyəcəyini söyləyib. Əməkdaşımızla səmimi söhbət edən Murad ailə quracağı xanımın aşağıdakı özləlliklərə malik olmasını istəyir:

"Onu deyə bilərəm ki, ürəyimdə bir xanım var. Amma hələ nə həri var, nə də toy - nişan. Ailə quracağım adamı ailəm yox, özüm seçəcəyəm. İstəmərəm ki, həyat yoldaşım ekran önündə olsun. Xahiş edirəm, bu sözüm yanlış anlaşılmasın. Media işçisi ola bilər, lakin televiziya ekranına çıxmağını istəmirəm. Təhsilli və ya təhsilsiz fərq etməz, xarakteri gözəl olsun, yaxşı insan olsun".

Qeyd edək ki, aparıcı Murad Əzimzadə həmkarı Ülviyyə Elxanqızı ilə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün evliliyi cəmi 6 ay davam edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...