Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aygün Zülfiyyə ilə küsülülüyünün səbəbini açdı: - "Bu, bir sirr idi" - VİDEO

“ATV maqazin onlarla” verilişinin “Hid parad” verilişinin növbəti qonağı xalq artisti Aygün Kazımova olub.

Mynews.az-ın məlumatına görə, müğənni sıralamada bir çox sirrləri açıb.

Kazımova sıralamanı Tünzalə Ağayeva ilə başlayıb və onu onuncu edib:

“Bakı payızı”nda Tünzaləyə on xal vermişdim. Ənənəyə sadiq qaldım. Mahnını dinləyəndə elə bilirəm ki, təkrardır. Dəfələrlə bu tip mahnı eşitmişəm. Nadir Qafarzadə çox istədiyim bir insandır, çılğındır. Bu yaxınlarda bir fikir yayıldı ki, radiolarda xarici müğənniləri yayımlayırlar. Fikrə Nadir də münasibət bildirdi. Deyir, "biz bozbaşıq, bizim mahnıları verməyin". O qədər güldüm o sözlərə. Onu doqquzuncu pilləyə qoyuram”.

Aygün Elçin Cəfərovun yeni ifasını bəyənməyib və onu səkkizinci edib: 

“Elçin Cəfərovu çox istəyirəm. Özünün gözəl bəstələri var, başqasının mahnısını oxumağını yaraşdırmıram. Səkkizinci yerdə olsun. Azad Şabanov yeddinci pillədə yer alsın”.

Müğənni Ramal İsrafilovu altıncı edib:

“Ramal o qədər hərəkətlidir ki, düşünürəm, o, ancaq yatanda sakit olur. Onun mahnısını dinlədim, birinci ola bilməz. Miri Yusifin mahnısı yenidir. Əvvəlki “Hit parad”da onu qaralayırdılar. Qısqanclıqdandır. O qədər sataşacağınız adamlar var ki... Sənət adamları bir-birinə sözlərini media vasitəsiylə deyirlər. Miri Yusif beşinci olsun”.

A.Kazımova İradə İbrahimovanı müdafiə edib və onun Türkiyə şou-biznesi haqda dediklərinə haqq qazandırıb:

“İradə, getmisən, yerini boş qoymusan. İradənin sözlərinə haqq qazandırıram. Mən də orada vəsait xərclədim. Amma marağım öldü. Anladım ki, Türkiyə şou-biznesində meydan sulaya bilməyəcəyik. Orada şou-biznes doğru-düzgün qurulub, bilirlər ki, başqa müğənni lazım deyil. Bizə pul mənbəyi kimi baxırlar. Bir manata olan nəyisə, beş manata satırlar. İradə dördüncü olsun.

Üçüncü yerdə bir dalaşqan qız var - Natavan Həbibi, onu seçmək istəyirəm".

Kazımova Günay İbrahimlini ikinci edib:

“Bu balaca qızı niyə qaralayıblar? Potensial gördükcə qaralayırlar. Heç vaxt çalışqan birinin qarşısını kəsə bilməyiblər. Günayın özünəməxsus ifa tərzi var. Ona görə də səhnəyə gələndən seçildi. “Ürəyimin qatili” ikinci olsun".

Aygün küsülü olduğu rəfiqəsi Zülfiyyə Xanbabayevanı birinci edib və incikliyinin səbəbini açıqlayıb:

“Birinci yer Zülfiyyə Xanbabayevanındır. Çox gözəl bir layihədir. Bizim aramızda çox doğma illər, bağlar, hisslər var. Mənim onun prodüseri Nigarla danışdığımız özəl söhbət elə bilirdim aramızda qalır. İllərdir dost bildiyim insanın sirrimizi başqasına danışmasını yaraşdırmıram. Bu, bir sirr idi. Tolikə danışmasını yaraşdırmadım. Mən səni çox sevirəm – Calal Qurbanov, Faiq Sücəddinov, Zülfiyyə Xanbabayeva”.

Kazımova "Hit-parad"dan meyxanaçı Namiq Qaraçuxurlunu uzaqlaşdırıb. (axşam.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...