Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Kəklikotu” böyük növbəyə səbəb oldu - VİDEO - FOTOLAR

Bakıda “CinemaPlus” Premium kinoteatrlar şəbəkəsində böyük növbə yaranıb.

Məsələ ilə bağlı kinoteatrdan Oxu.Az-a bildiriblər ki, səbəb Azərbaycanda çəkilmiş “Kəklikotu” komediya filminin nümayişlərinin başlamasıdır.

Məlumata görə, filmə böyük maraq var və bu, kinoteatrlar şəbəkəsinin kassaları qarşısında sıxlığa səbəb olur.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin PR-meneceri N.Həsənovanın sözlərinə görə, dekabrın 21-də təqdim olunan “Kəklikotu” macəra komediyası böyük marağa səbəb olub:

“Film hətta çəkilişlərin ilk günündən hər bir Azərbaycan tamaşaçısı tərəfindən səbirsizliklə gözlənilirdi. Belə ki, filmdə ən parlaq və gündəmdə olan simalar yer alıb. Əlixan Rəcəbov, Müşfiq Şahverdiyev, Fərda Amin, İslam Mehrəliyev, Nigar Camalzadə kimi yerli ulduzlar insanların marağına səbəb olub.

Yerli kinoteatrların tarixində ilk dəfə olaraq filmin hər seansında zallar tam dolub, hətta taşamaşaçıların xahişi ilə zallara əlavə oturacaqlar yerləşdirilib.

Beləliklə, “Kəklikotu” filminin nümayişə başlamasının ilk 4 günündə bugünədək heç bir yerli filmin göstərə bilmədiyi nəticələr əldə olunub”.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...