Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

400 minlik toyu olan məmur qızı - 5 manat da olsa...

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova Yeni il ərəfəsində yardım kampaniyası başladıb.

Bu barədə A.Şükürova sösial şəbəkə ünvanında məlumat yayıb. O, bəzi imkanlı tanışlarının kampaniyaya laqeyd yanaşmasına tənqidi münasibət bildirib:

“Hər il olduğu kimi, bayramlarda yenə də yardıma ehtiyacı olanları sevindirməyə gedirik. Səhər saat 9-dan burdayıq. Artıq bütün ərzaqları, qurbanlıq ətlərimizi bölmüşük. 16 ailə nəzərdə tutsaq da, 18-nə ərzaqları paylamağa gedirik. Bunun üçün pul da ayırmışıq. Bizə qoşulan, dəstək olan, geyim və pul göndərən hər kəsə təşəkkür edirik. İnstaqramda bu barədə paylaşım etdim, amma tanışlarımdan yazıb maraqlanan olmadı. Heç olmasa, 5 manat da olsa, verə bilərdiniz. Sizin işiniz ancaq sözdədir, yalandan şəkil paylaşmaqdır”.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...