Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xoşqədəm - "Qorxduğum üçün ikinci dəfə 20 il sonra ailə qurdum"

"Qadınlar ikinci dəfə ailə qurmaqdan qorxur. Analar da övladını ikinci dəfə evləndirməkdən çəkinir".

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. 

İkinci dəfə ailə qurmasından danışan aparıcı bildirib ki, bu addımı qorxaraq atıb:

"Mən ikinci dəfə 20 il sonra ailə qurmuşam. Çünki qorxurdum. Yaxşı ki, mənim qızım yoxdur. Amma qızım olsaydı da qorxacaqdım. Çalışardım ki, övladım birinci ailəsi ilə xoşbəxt olsun".

Uşaq evinə yerləşdirilən qızlardan danışan Hidayətqızı göz yaşlarını saxlaya bilməyib:

"Hara gedirəmsə, daha əvvəlki kimi deyiləm. Getmirəm ki, nə olar-olar. Oğlum böyüyüb, hər şeyi var. Ana olmadan kimsə analığı dərk edə bilməz ( ağlayır). Bir ananın bu dünyadan nigaran köçməsi, qız övladının yetim qalması nə deməkdir analar bilir... Kim mənim balalarıma məni əvəz edə bilər? 

Bu üç qıza da kimsəsizlər evinə yerləşdirdik. Fikrim onların yanında qalıb. Bu yaxınlarda anam ağır idi, həkimlər onu yerdən qaldırmağa icazə vermirdi. Uşaqlarım 39 dərəcə hərarət içində idi. Amma bu uaşqları düşünüb gecə onların yanına getdim".

Qeyd edək ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailəlidir. Onun bu evlilikdən əkiz oğulları var. Aparıcının ilk ailəsindən də bir oğul övladı dünyaya gəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...