Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Seda Sayanın yaşı məhkəmənin qərarı ilə azaldıldı

Müğənni Sibel Candan sonra Seda Sayan da yaşını kiçiltmək üçün məhkəməyə müraciət edib. 

Mynews.az A24.az-a istinadən xəbər verir ki, Seda Sayanın yaşı balaca vaxtı atasının tələbiylə məhkəmədə böyük göstərilib. Sibel Can kimi mahnı oxuması və səhnələrdə yer alması mümkün olmadığı üçün atası tərəfindən məhkəmə qərarı ilə yaşının artırıldığını deyən Seda Sayan həqiqi doğum ili və ayına qovuşmaq üçün məhkəməyə müraciət edib.

“Yaşımı düzəltdikdən sonra ailədə uşaqlar arasında ən böyüyü mən idim. Halbuki məndən 2 yaş böyük bacım var. İctimaiyyətdə 4 Yanvar 1959-cu il olan doğuş tariximin 30 Dekabr 1962-ci ilə dəyişdirilməsinə qərar verilsin”.

Seda Sayanın vəkili tərəfindən irəli sürülən iddia təmin edilib və o, əsl doğum günü tarixinə qovuşub. Bundan sonra onun doğum ili 1962-ci il, 30 dekabr kimi qeyd ediləcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...