Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Təranə zəng edib deyirdi ki, pul ver” - Nazənin - VİDEO

Müğənni Nazənin Təranə Qumralla qalmaqalından danışıb. 

Mynews.az-ın məlumatına görə, sənətçi “Səhər-səhər” proqramında söz-söhbətlərdən yorulduğunu deyib:

“Təranə adi bir mesaj atardı ki, bağışla, şeytan məni yoldan çıxartdı. Hər şeyi, məhkəmə işlərini də dayandırardım. Məhkəməyə də Təranə vermişdi bizi. Uduzub deyə elə danışmalıdır da... Nə danışdısa, özünə ziyan oldu. Mənə şər atdı. Mən danışsam, abrım-həyam gedəcək. Simamı itirmək istəmirəm. Özü edir, sonra da efirə çıxıb deyir ki, bu məndən nə istəyir? Həyasına hörmət qoyan qadın efirdə belə danışmaz. Mən yenə susacam. Özümə yaraşdırmıram”.

Nazənin Təranənin onu tez-tez yığaraq pul istədiyini bildirib:

“Nə mən onun evini tanıyıram, nə də o, mənim evimi tanıyır. Sadəcə axır vaxtlar məni yığıb deyirdi ki, mənim ehtiyacım var, maşınımızı alıblar bankın qabağındadır. Ya mənə pul ver, ya da mənə toy ver“

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...