Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

77 yaşlı Niyaməddin Musayev SİRRİNİ AÇDI - “Buna görə cavan qalmışam” - FOTOLAR

Xalq artisti Niyaməddin Musayev tədbirlərin birində fotokameramıza tuş gəlib. İllərin sənətkarı idmançılara xas görünüşü ilə diqqət çəkib.

Yenicag.az-a danışan xalq artisti cavan qalmasının sirrini də açıqlayıb:

“Bəzən soruşurlar ki, necə olur ki, hər zaman eyni çəkidə qalırsız? Çoxları elə bilir ki, buna pəhrizlə nail oluram. Xeyr, bunun sirrini açım, siz də bilin. Gənclik illərimdən ta bu günə qədər idmanın yüngül atletika növü ilə ilə məşğul olmuşam. Buna görə də cavan qalmışam, uzun illərdir ki, çəkim 73 kilodur, nə artır, nə də azalır. Gənclərə də tövsiyə edərdim ki, çəkilərini hər zaman idmanla normada saxlasınlar. Mən tez-tez imicimi dəyişməyi də xoşlamıram, sevənlərim məni necə görübsə, yenə də həmin tərzimi saxlamışam”.

Cəvahir

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...