Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2017-ci ildə evində “Vağzalı” çalınan məşhurlar - SİYAHI

2017-ci il bir çox məşhurun həyatında xeyir işlə yadda qalıb.

Mynews.az geridə qoyduğumuz ildə evində “Vağzalı” sədası eşidilən tanınmışların siyahısını təqdim edir:

Müğənni Könül Kərimova qızı Ləmanı gəlin köçürdü. Ləman Orxan adlı gənclə ailə qurub. 

Əməkdar artist Mətanət İsgəndərli qızı Ülkəri ərə verib. Ülkər türkiyəli iş adamı Enginlə nikah masasına oturub. 

Müğənni Manaf Ağayevin oğlu bu il subaylığın daşını atıb.

Müğənni Mənzurə Musayeva övladlığa götürdüyü Çinarəyə toy edib. 



Aktyor Teymur Məmmədov oğluna toy edib. Həkim olan Bəhruzun xeyir işinə sənət adamları da qatılıblar. 

Müğənni Sahib İbrahimov oğluna toy edib.İfaçının övladı Yusif Günel adlı xanımla ailə qurub. 

Xalq artisti Aftandil İsrafilov oğlunu evləndirib. Aydın Gülsüm adlı xanımla nikah masasına oturub. 

Aparıcı İlahə Nizamiqızı övladına toy edib. Onun qızı Nərmin Asim adlı şəxslə ailə qurub.

Bəstəkar Rauf Məmmədov qızına toy edib. Şəhər restoranlarından birində baş tutan gecədə sənət aləminin tanınmış simaları iştirak ediblər.

Müğənni Eldar Ələkbərov qızı Nərminə toy edib. 

(axşam.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...