Azərbaycanlı məşhurların həyat yoldaşları - Biznesmen, məmur, polis, jurnalist- ARAŞDIRMA
Azərbaycanlı məşhurlar şəxsi həyatları ilə hər zaman gündəmi zəbt edirlər. Xanım müğənnilərimizin daha çox ayrılıq, boşanma xəbərləri yayılsa da, xoşbəxt ailə sürən ulduzlarımız da az deyil. Maraqlıdır ki, onlar hər zaman həyat yoldaşlarını mediadan kənar tuturlar. Bunun da obyektiv və subyektiv səbəbləri var.
AZXEBER.COM kiçik bir araşdırma apararaq müğənni xanımlarımınız həyat yoldaşlarının hansı sənətlə məşğul olduğunu üzə çıxarıb.
Müğənni Xuraman Şuşalı Elçin adlı bəylə ailə qurub. Müğənninin yoldaşı rejissordur.
2009-ci ildə "Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Aysel Teymurzadə özündən 16 yaş böyük Azərbaycan Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ilə ailə həyatı qurub.
Müğənni Elnarə Xəlilova 12 ildir ki, telejurnalist Rövşən Cahangirovla evlidir.
Teleaparıcı Kamilə Babayevənın həyat yoldaşı İbrahim Rzabəyov neft şirkətində çalışır. İbrahim elə neftçi ailəsində dünyaya göz açıb.
Rəqqasə Fatimə Fətəliyeva da bəzi məşhurlar kimi həyat yoldaşını mətbuatdan gizli tutur. Əldə etdiyimiz məlumata görə, rəqqasənin yoldaşı dövlət orqanlarının birində çalışır. Fatimənin həyat yoldaşının mətbuatda fotosu yoxdur.
Teleaparıcı Zümrüd Qasımova da həyat yoldaşını gözdən uzaq tutur. Aparıcının yoldaşı məmurdur.
Müğənni Xatirə İslam Fəxrəddin adlı bəylə ailəlidir. Müğənninin yoldaşı Fəxrəddin mayor kimi çalışırdı. Ötən il isə rütbəsi artılıb.
Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın yoldaşı restoran biznesi ilə məşğul olur.
Müğənni Sevda Sanəliyevanın həyat yoldaşı hüquq-mühafizə orqanlarında çalışır. Həyat yoldaşı bir an belə müğənnini tək qoymur. Bütün tədbirlərdə, mərasimlərdə cütlüyü bir yerdə görmək mümkünür.
Müğənni Səfurə Əlizadəni həyat yoldaşı Fərhad Əliyev mərhum nazir Natiq Əliyevin övladıdır. Fərhad Əliyev Azərbaycanda və bir neçə xarici dövlətdə biznesi var.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 971 dəfə oxunub
- Emin Ağalarov söz verdi 971 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 969 dəfə oxunub