Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu da Nigar Camalın ata və anası - FOTO

Müğənni Nigar Camal sosial şəbəkədə ata-anası ilə şəklini paylaşıb.

Metbuat.az xəbər verir ki, müğənni illərdi ailələrində dəyişməyən qaydaların olduğunu qeyd edib:

"Bəzilərimiz başqa ölkədə yaşasaq da, 31 dekabrda mütləq bütün ailə bir yerdə olmalıdır. Bu adətimizi çox sevirəm. Şan-şöhrət, pul gəldi-gedərdir. İnsana qalan ən dəyərli şey onun ailəsidir. Ailəmizin qədrini bilək, sonra gec olar. 2017-ci ildə dostumu, düşmənimi tanıdım. İnşallah, 2018-ci ildə yanımda məni sevən səmimi dostlarım olar".

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...