Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu azərbaycanlı məşhur kişi müğənni ailəsindən gizli evlənib - ŞOK AÇIQLAMA

Müğənni Mirkamil Kamilov ailəsindən gizli evlənib.

Mynews.az-ın məlumatına görə, bu haqda ARB kanalında yayımlanan "Səhər-səhər" verilişində aparıcı Elgiz Əkbər deyib. 

O bildirib ki, Mirkamilin ailə qurduğu xanım da şou-biznesdəndir: "Bunlar neçə vaxtdır bir yerdə idilər. O da yaxşı, gözəl, istedadlı qızdır. Yaxşı oxumağı da var. Mirkamil icazə vermir adını açıqlayım. Özləri qərar veriblər, gedib evləniblər, heç kimə də deməyiblər".

Aparıcının sözlərini təsdiq edən Mirkamil toyun xaricdə olduğunu deyib. Sənətçi bildirib ki, Bakıda da toy etməyi düşünür. 

Qeyd edək ki, Mirkamil xalq artisti Mələkxanım Əyyubova və müğənni Ramal İsrafilovun qohumudur. /Axsam.az/

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...